Namik Ələskərov "Bursaspor" azarkeşləri ilə vidalaşdı -

Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyənin "Bursaspor" klubu və azarkeşlərlə vidalaşıb.

Metbuat.az xəbər verir ki, "Sabah"a keçən 27 yaşlı yarımmüdafiəçi bununla bağlı özünün instaqram səhifəsində bu münasibətlə paylaşım edib:

"Nəticə istədiyimiz kimi olmasa da, komandanın uğur qazanması üçün əlimdən gələni etməyə çalışdım. Səhvlərim olubsa, bağışlayın. "Bursaspor"un ən qısa zamanda layiq olduğu yerlərə gələcəyinə əminəm. Nəticədə qaydalara görə, klubdan ayrılmaq məcburiyyətində qaldım. Rəhbərliyə, məşqçilər və işçi heyətinə, xüsusilə də azarkeşlərə sonsuz təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Namik Ələskərov "Sabah"la 3 illik müqavilə imzalayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR