Prezident təqaüdünə layiq görülən tələbələrin sayı

Tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və yerli ali təhsil müəssisələrinə daxil olmuş 102 tələbə Prezident təqaüdünə layiq görülüb.

Bu barədə Metbuat.az-a Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, ali təhsil müəssisələrində 47 580 abituriyent tələbə statusunu qazanıb. Dövlət sifarişi üzrə mülki ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə faktiki qəbul 23500 (99,85%) yer olub. Ötən tədris ilində bu göstərici 95 faiz təşkil edib. Magistratura səviyyəsində dövlət sifarişi üzrə faktiki qəbul 3899 (98,5%) yer olub. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə 46735 (92,1%) abituriyent (subbakalavr) tələbə statusu adını qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR