Azərbaycanın dövlət büdcəsinin builki qalığı 2 milyard manata yaxınlaşıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 12 442,4 milyon manat, xərcləri isə 10 450,0 milyon manat təşkil edib.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 27,8% və 11,6 % çoxdur.

Son nəticədə büdcədə 1 992,4 milyon manat qalıq yaranıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR