Amirdən XƏBƏR VAR:

"Bizimləsən”də yığılan 3 milyon 672 min manata alınan iynə balaca Amirə vurulub.

Metbuat.az xəbər verir ki, ATV-də yayımlanan "Bizimləsən” proqramına yardım üçün gələn Amirə nəhayət lacım olan bahalı iynə vurulub. "Bizimləsən” proqramının son buraxılışında "Skayp” vasitəsilə canlı bağlantı yaradılaraq milyonlarla tamaşaçının gözü qarşısında həmin lazımlı iynə vurulub.

Ailəsi ilə birlikdə Amerika Birləşmiş Ştatlarında "Boston Uşaq klinikasına” yerləşdirilən Amirin müalicəsi davam edir.

Qeyd edək ki, yardım aksiyasında Azərbaycan xalqı 3 milyon 672 min AZN toplayaraq mümkünsüzü bacarmışdı.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR