Ərdoğandan SƏRT SÖZLƏR: İndi gedib başının çarəsinə baxsın

“Yunanıstanla Yüksək Səviyyəli Strateji toplantı təşkil edilməyəcək. Hər halda bundan qəti və açıq cavab olmaz”.

Metbuat.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib:

“Yunanıstanla bağlı etirazlarımı ortaya qoydum. Dürüst siyasətçi qarşımıza çıxmadıqca onlarla daha görüşməyəcəyik. Yunanıstan bundan sonra başının çarəsinə baxsın”.

Qeyd edək ki, Yunanıstanın beynəlxalq müqavilələri pozaraq Türkiyə sərhədindəki adaları silahlandırması etirazla qarşılanıb. Rəcəb Tayyib Ərdoğan Yunanıstan tərəfinin ikiüzlü siyasətinə görə yunan rəsmilərlə münasibətləri dayandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR