Alimlər dəhşətli pandemiyanın sirrini məzarlıqda tapdı:

Elm adamları 14-cü əsrdə Avrasiya və Afrikada fəsadlara yol açan tarixin ən ölümcül pandemiyası olan vəbanın mənbəyi barədə sübutlar tapıb.

Metbuat.az xəbər verir ki, Leypsiqdəki Maks Plank Təkamül Antropologiya İnstitutunun alimləri, Qırğızıstandakı 14-cü əsrə aid məzarlıqdan götürdüyü nümunələr nəticəsində 700 illik sirri həll etdiklərinə inanırlar. Elm adamlarının araşdırmasına görə, bölgədəki gəmiricilərin qalıqlarında tapılan nümunələr 8 il sonra Avropada ortaya çıxan pandemiyanın elementləri ilə eyni olub.

Alimlər hesab edir ki, bu təkcə 14-cü əsrdə pandemiya halını alan vəbanın deyil, ümumiyyətlə vəbanın yaranmasının mənbəyini tapıblar. Alimlər hesab edir ki, vəba xəstəliyi gəmiricilərdən dünyaya yayılıb.

Qeyd edək ki, 14-cü əsrdə Avropa, Asiya və Afrikada yayılmış pandemiya ciddi tələfata yol açıb. Elm adamlarının sözlərinə görə, insanlar gigiyenik qaydalara riayət edərək və gəmiricilərlə təmasdan yayınaraq pandemiyanın səngiməsinə nail olublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR