İŞİD Almaniyada terror planlaşdırır

İŞİD Almaniyada terror planlaşdırır
11:22 19 Yanvar 2015
123 Dünya
Ölkə mətbuatı
A- A+

Bununla əlaqədar anti-islam aksiyaları ləğv edildi
Almaniyanın Drezden şəhər polisi bütün növ kütləvi aksiyaları qadağan edib.

Anspress-in məlumatına görə, buraya PEGİDA hərəkatının bazar ertəsinə planlaşdırdığı anti-islam aksiyası da daxildir.

Qadağaya səbəb isə mümkün terror aktlarıdır.

Məlumata görə, terror təhlükəsinin arxasında İraq və Suriyada fəaliyyət göstərən İŞİD qruplaşması dayanır.

Qeyd edək ki, Parisdə "Charlie Hebdo" jurnalında törədilən qətliamdan sonra Avropada anti-islam hərəkatları aktivləşib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR