Həsən Həsənovun atası

2014-cü ilin iyulunda Kəlbəcərdə ermənilər tərəfindən qətlə yetirilən Həsən Həsənovun atası Fərman Həsənov vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə mərhumun yaxınları bildirib.

Qeyd edək ki, Həsən Həsənov 8 il öncə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birlikdə Kəlbəcərə yaxınlarının məzarını ziyarət etmək üçün gedərkən girov götürülüb. Həsən Həsənov girov götürüldükdən bir neçə gün sonra ermənilər tərəfindən vəhşicəsinə öldürülüb. Mərhumun nəşi 2 oktyabr 2014-cü il tarixdə düşmən tərəfdən alınıb. Dilqəm Əsgərov və Şahbaz Quliyev isə Vətən müharibəsindən sonra erməni əsirliyindən azad edilib.

Bir 1 nəfər və içəridə şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR