Türkiyə ilə münasibətlərdə son hədd yoxdur - Hikmət Hacıyev

“Türkiyə-Azərbaycan münasibətlərində son hədd deyilən bir şey yoxdur. Bizim hədəfimizin son həddi ola bilməz”.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyevin sözlərinə görə, qarşıya qoyulan təlimat və vəzifə ondan ibarətdir ki, bu qardaşlığımızı, işbirliyimizi eyni şəkildə ticarət sahəsində də daha da artıraq:

"Ticarət sahəsində xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu gün Mərkəzi Asiyadan daha çox sürətli ticarət axını var. Şimal sahəsində bir sıra problemlər olduğundan orta dəhliz olaraq yüklərin Qafqaz üzərindən Türkiyəyə daşınması həcmində artım var. Düşünürəm ki, bu da Türkiyə və Azərbaycan üçün ayrıca iş dərəcəsidir ki, işlərimizi həmin istiqamətdə davam etdirəcəyik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR