"Real Madrid" Benzema ilə bağlı

İspaniya "Real Madrid"i futbolçusu Kərim Benzema ilə yeni müqavilə imzalayacaq.

Metbuat.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikola Skira məlumat yayıb.

O bildirib ki, hər iki tərəf sözləşmə müddətinin 2024-cü ilin yayınadək uzadılması ilə bağlı danışıqları yekunlaşdırmaq üzrədir.

Qeyd edək ki, 35 yaşlı fransalı hücumçunun hazırkı sözləşməsi 2023-cü ilin iyununda başa çatacaq. Kərim Benzema ötən mövsüm 46 oyunda 44 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR