Azərbaycanda dərman istehsalı artıb

2022-ci ilin yanvar-may aylarında Azərbaycanda 5,3 milyon manatlıq əczaçılıq məhsulları istehsal edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Bu isə Azərbaycanda əczaçılıq məhsulları və tibbi ləvazimatlarının ticarət dövriyyəsinin cəmi 1,2 %-ni təşkil edib. Belə ki, bu ilin 5 ayında Azərbaycanda əczaçılıq məhsulları və tibbi ləvazimatlarının pərakəndə ticarət dövriyyəsi 445,3 milyon manata bərabər olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,4% çoxdur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR