“Qazprom” “Türk axını” ilə qaz nəqlini dayandırır - Səbəb...

“Qazprom” “Türk axını” ilə qaz nəqlini dayandırdığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, iyunun 21-dən 28-dək Türkiyə kanalı ilə qaz nəqlinin müvəqqəti dayandırılmasına səbəb texniki nasazlıqdır.

“Türk axını” qaz kəmərinin hər iki xətti üzrə qazın nəqli planlı profilaktik təmirlə əlaqədar 2022-ci il iyunun 21-dən iyunun 28-dək müvəqqəti olaraq dayandırılacaq”, – “Qazprom”un rəsmi Teleqram kanalının bəyanatında deyilir.

Qeyd edək ki, qaz nəqlinin dayandırılması üçün tərəflər öncədən razılıq əldə ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR