İranda qırıcı təyyarə qəzaya uğrayıb

İranın İsfahan vilayətində F-14 qırıcı təyyarəsi texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.

Metbuat.az xəbər verir ki, bu barədə İran ordusunun İsfahan vilayəti üzrə ictimai əlaqələr şöbəsinin rəsmisi Rəsul Mutemedi deyib.

Onun sözlərinə görə, hadisə zamanı təyyarədə olan 2 pilot paraşütlə tullanıblar.

Hər iki pilot xəstəxanaya çatdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR