Aktyor 18 yaşında öldü

Məşhur "Far the Walking Dead" (Gəzən ölülərdən qorxun-red.)serialındakı rolu ilə tanınan aktyor Tayler Sanders 18 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, Sanders cümə axşamı Los-Ancelesdəki evində dünyasını dəyişib.

Ölümün səbəbi hələlik müəyyən edilməyib. Yaxın günlərdə meyitin yarılması prosesi aparılacaq.

Qeyd edək ki, Sanders "The Walking Dead" serialından əlavə "9-1-1: Lone Star" televiziya serialında da rol alıb. Aktyor həm də “A Little Bit of Magic: Mystery City” filmində Leo roluna görə "Emmi" Mükafatına namizəd olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR