“Qarabağ” gürcü qapıçını transfer edib

“Qarabağ” komandası gürcü qolkiper Luka Quqeşaşvilini transfer edib.

Metbuat.az xəbər verir ki, bu barədə klubun saytında yazılıb.

Bildirilir ki, 2022-ci ilin yanvarında Polşanın "Yagelloniya" klubundan icarəyə götürülmüş Luka Quqeşaşvili ilə daha 3 illik müqavilə imzalanıb.

Klub "Yagelloniya" ilə danışıqların yekununa əsasən, gürcüstanlı qapıçının transfer hüququna yiyələnib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR