"Savaş insana itirməyi öyrədir" -

“Savaş insana itirməyi öyrədir”

Metbuat.az xəbər verir ki, bu sözləri jurnalist Əlisəfa Mehdi rejissor Eltən Törəçinin aparıcısı olduğu “Çöldə Yaşam Öyüdləri” verilişində deyib.

Qubanın İspik meşəsindəki Çölçü Obasını, bu obanın qonaqları yaxşı tanıyır. Şəhərin qarma-qarışıqlığından, səs-küyündən, iç bulantısından bir az da olsa onları xilas edib, sakit və insana huzur verən, dinclik verən bir məkan kimi tanıyırlar, bir də gəldikləri yaşam yoluna dönüb nəzər salacaqları bir yer kimi. Bu Obanın bu günə qədər neçə-neçə qonağı oldu. Daha doğrusu Çölçü Obasında çəkilən və rejissor Eltən Törəçinin də ideya müəllifi və aparıcısı olduğu “Çöldə yaşam öyüdləri” verilişinin. Bu qonaqlar arasında xarici ölkə səfirləri də oldu, dövlət rəsmiləri də, yaradıcı ruhlu incəsənət nümayəndələri də. Tutduqları vəzifədən, yaşadıqları fərqli yaşamdan asılı olmadan bu insanları Çölçü Obasında doğadan süzülüb gələn harmoniya biləşdirdi. Çünki Çölçü Obasına ayaq qoyan hər kəs o harmoniyanı yaxalaya bildi.

Bu dəfə də “Çöldə yaşam öyüdləri” verilişində Çölçü Obasında Eltən Törəçinin qonağı jurnalist, “Konflikt jurnalistikası məktəbi”nin qurucusu Əlisəfa Mehdi idi.

Uşaqlıqdan çölə, çölçülüyə bağlı olan Əlisəfa bəy, Çölçü Obasına addım atar-atmaz öz uşaqlıq xatirələrinə döndü, hansı öyüdlərlə yetişdiyini, onun yaşamını şəkilləndirən insanlardan və onlardan aldığı öyüdlərdən danışdı. Bir də öz uğur sirlərini verilişin izləyicilərinə açdı.

Tanınmış jurnalist, “Konflikt jurnalistikası məktəbi”nin qurucusu ilə olan “Çöldə Yaşam Öyüdləri” verilişini təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR