Bərdə sakini qonşusunu öldürdü, sonra özünü də güllələdi

Bərdədə qonşusunu tüfənglə öldürən kişi daha sonra intihar edib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şatırlı kəndində baş verib.

Kənd sakini 1963-cü il təvəllüdlü Hüseynov Namiq İsmayıl oğlu qonşusu 1988-ci il təvəllüdlü Hüseynov Anar Malik oğlunu qətlə yetirib. Daha sonra Namiq Hüseynov özünə tüfənglə atəş açaraq intihar edib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR