Hacıbaba Bağırovun Türkiyədə oxuyan qızı -

Mərhum Xalq artisti Hacıbaba Bağırovun həyat yoldaşı Arzu Bağırova, qayınanası və qızı Şölə "Zaurla Günaydın" proqramına qatılıb.

Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, Şölə Türkiyədə təhsil aldığını bildirib:

"Dövlət İdarəçiliyi Akademiyasını oxuyuram. Siyasətə marağım olub. İnsan və öz hüquqlarımı bilmək üçün bu sahəni seçmişəm. Bir az çətindir orada təhsil almaq, amma çalışmaq lazımdır. Oxumaq üçün oranı seçsəm də, Azərbaycana qayıdacam. Dövlət işində işləmək istəyirəm".

Şölə birinci kursda oxuduğunu və ingilis dilində təhsil aldığını əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR