Rusiyanın keçmiş dövlət katibi Bakıda

Bu gün günorta saatlarında Rusiya Federasiyasının ilk Prezidenti Boris Yeltsinin müttəfiqi, keçmiş dövlət katibi Gennadi Burbulis 77 yaşında Bakıda vəfat edib.

Metbuat.az xəbər verir ki, "Yeltsin mərkəzi"nin icraçı direktorunun birinci müavini Lyudmila Telen bu barədə TASS-a bildirib.


Burbulisin sağlam olduğu, xəstəliyinin olmadığı qeyd olunub. Siyasətçinin paytaxt hotellərinin birində saunada olarkən vəfat etdiyi iddia olunur.

Qeyd edək ki, Gennadi Burbulis 1945-ci ildə avqustun 4-də anadan olub. 1991-1992-ci illərdə baş nazirin birinci müavini vəzifəsində çalışıb, Rusiyanın birinci prezidenti Boris Yeltsinin yaxın adamı olub.


O, 1991-ci il dekabrın 8-də SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejskaya müqaviləsinin hazırlanmasında iştirak edənlərdən biri olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR