Ağdamda minik avtomobilləri toqquşub,

Ağdamda minik avtomobilləri toqquşub, ölən var.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə iyunun 18-i saat 19 radələrində rayonun Xındırıstan kəndi ərazisində qeydə alınıb.

Belə ki, Aşur Əliyevin idarə etdiyi “VAZ-21063” və İ.Vəliyevin idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən A.Əliyev ölüb, digər sürücünün vəziyyəti qənaətbəxşdir.

Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR