Abşeronda avtomobil "KamaZ"la toqquşub, iki nəfər ölüb

Abşeronda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, iyunun 19-da saat 22 radələrində Abşeron rayonunun Müşfiq qəsəbəsi ərazisində Pirəkəşkül kənd sakini Babək Məmmədovun idarə etdiyi “Opel” və Şamaxı rayon sakini Q.Babayevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə Babək Məmmədov və sərnişini Samilə Məmmədova hadisə yerində ölüblər.
DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR