Makron “U dönüşü” etdi: Paris Moskva ilə qarşı-qarşıya gəlmək istəmir - ŞƏRH

Xəbər verdiyimiz kimi, iyunun 16-sı Almaniya Kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi Kiyevə səfər edərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüblər. Görüş, həmçinin liderlərin bir neçə səmimi fotosu ilə də yadda qalıb.

Ukrayna lideri videomüraciətində görüşlərin səmərəli keçdiyini bildirib və bu günü tarix gün adlandırsa da, həmin görüş zamanı çəkilən və sosial mediada sürətlə yayılan fotolar Zelenskinin sözlərini şübhə altına salır.

Bu barədə açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyir ki, Ukrayna lideri görüşlər zamanı ölkəsində səfərdə olan dünya liderlərinin heç birinin gözünə baxmayıb. Əksinə, hiss olunur ki, onları soyuq qarşılayıb.


"Zelenski ilə Makronun görüşü zamanı diqqət çəkən bir məqam Fransa prezidenti öz səmimiliyini göstərərək, təbəssümlə Zelenskini qucaqladığı foto oldu. Ehtimal olunur ki, o bu foto ilə "Sənin yanındayam" mesajını vermək istəyir. Zelenski isə soyuq baxışları sanki demək istəyir ki, o qədər də sadəlövh deyiləm. Axı rəsmi Parisin Moskva ilə münasibətləri məlumdur. Makronun Rusiya Prezidenti Vladimir Putinlə şəxsi münasibətləri daha yaxşıdır, nəinki Zelenski ilə. Həmçinin nəzərə almaq lazımdır ki, Rusiya və Fransa liderləri müharibə başlayandan bəri, bəlkə də, həftə ərzində bir neçə dəfə telefonla danışırlar. Makron bu barədə verdiyi açıqlamalarda Putini müharibəni dayandırmağa çağırdığını deyir. Əslində isə hansı müzakirələrin getdiyini kimsə bilmir. Hər halda Parisin Moskva ilə qarşı- qarşıya gəlmək istəyəcəyi ağlabatan deyil".

K.Novruzov onu da bildirdi ki, görünür, həqiqən, Qərb dünyasında müharibənin uzanmasını istəyənlər və bunda maraqlı olanlar var. Maraqlı cəhətlərdən biri də Zelenskinin Böyük Britaniya baş naziri Boris Consonla görüşü zamanı çəkilən kadrlardır.


Fotolarda görünür ki, Zelenski Consonu daha səmimi qarşılayır. Londonun da Moskva ilə münasibətləri məlumdur. Britaniya Rusiya ilə adətən daha məsafəli davranmağa çalışır. Ola bilsin, Zelenski indi Britaniyaya daha çox inanır, nəinki digər Qərb dövlətlərinə. Bunun əsas səbəbi geosiyasi reallıqlar, həmçinin dünya liderlərinin ritorikasıdır. İstisna deyil ki, artıq Qərb dünyasında Ukraynadakı müharibə ilə bağlı ikitirəlik var. Ola bilsin, bəzi dövlətlər, o cümlədən Britaniya, həqiqətən savaşın bitməsində maraqlıdır. Fransa, Almaniyanın isə səmimi olmamaları, ikili oynamaları mümkündür. Hətta, bəlkə də, bu fikir ayrılıqları lap əvvəldən var və döyüşlər uzandıqca özünü daha aydın göstərir. Bu mənada müharibə bir az da uzanacaği təqdirdə artıq kollektiv Qərbin özündə ziddiyətlərin dərinləşəcəyi gözləniləndir".

Qeyd edə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova Zelenski və Makronun yer aldığı bu fotolardan birini şərh edib.

“İndi başa düşürəm ki, Putinin masası niyə belə uzundur”, - deyə Zaxarova qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR