Azərbaycan üzgüçüləri dünya çempionatında mübarizəyə başlayır

Azərbaycan üzgüçüləri Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah Macarıstanın paytaxtı Budapeşt şəhərində təşkil olunan dünya çempionatında bu gün mübarizəyə başlayacaq.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Vəlizadə 200 metr məsafəyə, Şeyxəlizadəxangah isə 50 metr məsafəyə batterflay üsulunda qüvvəsini sınayacaq. Onlar müvafiq olaraq, iyunun 20-də və 23-də mübarizə aparacaqlar. Bu üsulda hər iki idmançının B lisenziyası var.

Yarış öncəsi milli komanda baş məşqçi Rəşad Əbdürəhmanovun rəhbərliyi altında Macarıstanın Qyor şəhərində yerli yığma ilə birgə təlim məşq toplanışına qatılıb. Üzgüçülər hazırlıq zamanı Yeniyetmələrin Avropa Olimpiya Festivalına və Rumıniyada keçiriləcək gənclər arasında Avropa çempionatına hazırlaşan digər komandalarla birgə gərgin məşqlərdə də öz bacarıqlarını artırıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR