Bu il Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə daxilolmalar 8 % artırılır

Bu ilin dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 4 milyard 605 milyon manat səviyyəsində nəzərdə tutulur.

Metbuat.az xəbər verir ki, bu barədə "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində deyilir. Bu, 2022-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 345 milyon manat və ya 8,1 % çoxdur.

Məlumata görə, Gömrük Komitəsinin xətti ilə daxilolmalarının artımına səbəb İqtisadiyyat Nazirliyi tərəfindən bu il üçün, habelə növbəti 3 il üçün ölkənin iqtisadi və sosial inkişafı üzrə proqnozların yenilənərək qeyri-neft sektoru üzrə ÜDM həcminin artması, cari ilin sonuna gözlənilən idxalın və inflyasiyanın artacağı, habelə cari ilin ilk 5 ayı üzrə DGK-nın xətti ilə təmin edilən daxilolmaların proqnozdan 344,4 milyon manat və ya 20 % çox olması ilə bağlıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR