“Güclüyəm, dəyərliyəm, qadınam!” layihəsi davam edir - FOTOLAR

Bakı şəhəri Səbail rayonunda “Güclüyəm, dəyərliyəm, qadınam!” layihəsi tam gücü ilə davam edir. Yerli icma nümayəndələri tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Səbail rayon icra hakimiyyəti və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Güclüyəm, dəyərliyəm, qadınam!” layihəsinin əsas məqsədi məişət zorakılığı ilə bağlı maarifləndirmə, hüquqi məlumatlandırma, özünümüdafiənin yollarını aşılamaq və qadınlarda özgüvəni daha da artırmaqdır.

Metbuat.az xəbər verir ki, bu dəfə layihə çərçivəsində millət vəkili Nigar Arpadarai 30-a yaxın qızlardan ibarət layihə iştirakçılarının görüşünə gəlib. Xanım Arpadarai keçdiyi inkişaf yolundan bəhs edib, işgüzar həyatda üzləşilən çətinlikləri dəf etmək, karyera və şəxsi həyatları arasındakı balansı qoruyub saxlamaq barədə gənc xanımları maarrifləndirib.

Həmçinin, iştirakçı qızlar üçün AQUPDK-nın mütəxəssisi psixoloji hazırlıq və Azərbaycan Aikido Federasiyasının təlimçisi isə özünümüdafiə təlimi keçib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR