Ümumtəhsil müəssisələrinin nəzərinə

2022-ci il iyunun 14-də ümumtəhsil müəssisələrində tədris ilinin başa çatması ilə əlaqədar Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən IX və XI sinif məzunlarının yekun attestasiyası keçirilib.

DİM-dən Metbuat.az-a bildirilib ki, yekun attestasiyanın nəticələri Mərkəz tərəfindən “Şagird-məzun” sistemində elektron təhsil sənədinə yazılır, şagirdə və təhsil müəssisəsinə təqdim edilir. Elektron təhsil sənədi dövlət nümunəli sənədin verilməsi üçün əsasdır. Yekun attestasiyasının aparılması üçün ümumtəhsil müəssisələri məzunlarının illik qiymətləri məktəb əlaqələndiriciləri tərəfindən “Şagird-məzun” sisteminə daxil edilərək təsdiq edilməlidir. Ümumtəhsil müəssisələrindən xahiş olunur ki, illik qiymətləri yazılmayan və yaxud təsdiq edilməyən məzunların müvafiq məlumatlarının sistemə daxil edilərək təsdiq edilməsini qısa müddət ərzində təmin etsinlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR