Rus polkovnikin olduğu helikopter raketlə vuruldu:

Ukraynanın Donbas bölgəsində rus polkovnik-leytenant Sergey Qundorovun olduğu helikopter vurulub.

Metbuat.az xəbər verir ki, helikopter ukrayna hərbçiləri tərəfindən raketlə vurulub. Britaniya mətbuatının məlumatına görə, helikopter hücumdan sonra bir qədər uçaraq yerə çırpılıb. Sergey Qundorovla yanaşı helikopterdəki digər zabitlər həlak olub. Bildirilir ki, Sergey Qundorovu müşayət edən digər helikopter isə hücumdan yayına bilib.

Qeyd edək ki, Sergey Qundorov 3 dəfə “Şücaət” ordeni alıb. Məlumata görə, Qundorov Rusiya ordusunun Ukrayna müharibəsində itirdiyi 55-ci yüksək rütbəli hərbçidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR