AMEA-nın sabiq prezidenti VƏFAT ETDİ

Azərbaycanın tanınmış alimi, fizika-riyaziyyat elmləri doktoru, 1983–1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olmuş Eldar Salayev vəfat edib.

Metbuat.az xəbər verir ki, akademik 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Eldar Salayev 1933-cü ildə dekabrın 31-də Naxçıvan şəhərində dünyaya gəlib.

1970–1973-cü illərdə Azərbaycan Elmlər Akadmeiyasının Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini, 1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini almışdır. 1979-cu ildən professordur. 1980-ci ildə EA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. 1983–1997-ci illərdə Azərbaycan EA-nın Prezidenti seçilib.

Akademik S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatların laureatıdır. İslam Akademiyasının üzvüdür.

O, 1983–1997-ci illərdə Azərbaycan EA-nın prezidenti, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972) olub.

      Allah rəhmət eləsin!


      Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
      0552252950 (Whatsapp)

      BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR