Çin gəmiləri Yaponiya ərazisinə daxil oldu

Çinin Sahil Mühafizə Xidmətinə məxsus gəmilər mübahisəli Senkaku adaları sahillərində Yaponiya ərazisinə daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə Yaponiya mənbələri məlumat yayıb. Bildirilir ki, iki Çin gəmisi bir neçə saat bölgədə üzüb. Çin gəmiləri yapon balıqçı gəmilərinə yaxınlaşıblar. Yaponiya Sahil Mühafizə Xidmətinin xəbərdarlığından sonra çinlilər bölgədən uzaqlaşıb.

Yaponiya Sahil Mühafizə xidmətinin məlumatına görə, Çin gəmiləri bu il dəfələrlə oxşar təxribat törədib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR