Bakıda 59 qadının cəza çəkməsi təxirə salınıb -

Bakı şəhəri üzrə cəzasının çəkilməsi təxirə salınan 59 qadın məhkum var.

Metbuat.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsindən bildirilib.

Məlumatda qeyd edilib ki, həmin qadınların barəsində məhkəmə hökmü olsa da, hamilə və ya himayəsində azyaşlı övladları olduğundan cəzalarının çəkilməsi təxirə salınıb: "Himayəsindəki azyaşlı övladları 14 yaşına çatana qədər onlar cəza çəkməkdən azad edilirlər. Əgər həmin müddətə qədər digər cinayət törətməsələr, onlar cəzadan tam azad olunurlar".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR