Özbəkistan-Azərbaycan biznes forumunda imzalanan

Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun, Özbəkistan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, tikinti, sənaye, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Biznes forum çərçivəsində iki ölkənin müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb. Metbuat.az həmin sənədləri təqdim edir:

- "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində Memorandum"

- "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında 2022-ci il üçün turizm sahəsi üzrə əməkdaşlıq Proqramı"

- "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Özbəkistan Respublikasının Energetika Nazirliyi arasında Anlaşma Memorandumu"

- "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Özbəkistan Respublikasının "Özarxiv" Agentliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş"

- "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu"

- "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Özbəkistan Respublikasının İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında İxracın Təşviqi Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"

- "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"

- "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Özbəkistan Respublikasının İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında Xarici İnvestisiyaların Cəlb edilməsi Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"

- "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Özbəkistanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"

- "Azərmaş" ASC ilə "Uzavtosanoat" SC arasında Azərbaycanda avtomobil istehsalının lokallaşdırılmasına dair Memorandum”

- “Azərbaycanın "NərgizMED" şirkəti ilə Özbəkistanın "Meri Naturel" şirkəti arasında məhsulların Özbəkistana ixracına dair Memorandum”

- "Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə "Uztekstilprom" Assosiasiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"

- "Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası ilə "Uzpromstroymaterialı" Assosiasiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR