“Həmas” PUA-larını nümayiş etdirdi:

“Həmas” təşkilatının hərbi qrupu İzzəddin əl-Qəssam Briqadasında çox sayda pilotsuz uçuş aparatı var.

Metbuat.az xəbər verir ki, qruplaşmanın internet səhifəsində yayımlanan sənədli filmdə raketlərlə yananşı dronlar da nümayiş edilib. Məlumata görə, “Həmas” tərəfindən qurulan “Şəhab” adlı dron 250 kilometr məsafəyə qədər uça bilir. Dron hərbi hədəfini peyk görüntüləri vasitəsilə müəyyən edir. “Həmas”ın adını açıqlanmayan nümayəndəsi dronun illər ərzində göstərilən səy nəticəsində qurulduğunu ifadə edib.

Məlumata görə, dronlar İsrail ordusuna qarşı istifadə edilmək üçün hazırlanıb. Dronlar İsrail tərəfini narahat edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR