Türkiyə milli komandasının futbolçusu Burak Yılmaz karyerasını Niderlandda davam etdirəcək.
Metbuat.az xəbər verir ki, o, "Fortuna Sittard" klubu ilə 5 illik müqavilə imzalayıb.
37 yaşlı hücumçu ilk 2 ildə oyunçu kimi çıxış edəcək. Sonrakı 3 ili isə komandada məqşçi kimi keçirəcək.
Qeyd edək ki, Burak Yılmazın son klubu Fransa "Lill"i olub.