Yeni baş məşqçinin "Neftçi"dəki qazancı müəyyənləşdi

"Neftçi"nin yeni baş məşqçisi Laurentsiu Regekampfın alacağı əmək haqqının məbləği müəyyənləşib.

Metbuat.az-ın "Prosport"a istinadən məlumatına görə, rumıniyalı mütəxəssis bir mövsümünə 480 000 avro qazanacaq. Bu isə ayda 40 000 avro deməkdir.

O, "Universitatya Krayova"da ayda 15 000 avro qazanıb.

Üstəlik, Regekampfa transferlər zamanı sərbəstlik və "Neftçi"ni UEFA Konfrans Liqasının qrupuna çıxaracağı təqdirdə, bonus veriləcək.

Qeyd edək ki, Laurentsiu Regekampf ilə 2 illik müqavilə bağlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR