Azərbaycan ət, süd və kərə yağı idxalını artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycana 26 716,9 min dollar dəyərində 15 340,04 ton ət idxal edilib.

Metbuat.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara əsasən xəbər verir ki, bu, bir il öncəki göstəricidən müvafiq olaraq dəyər ifadəsində 3,5%, həcm göstəricisi üzrə isə 4,5% çoxdur.

Hesabat dövründə, ölkəyə 6 670,5 min dollar dəyərində (artım 39,7%) 4 482,73 ton (artım 40%) süd idxal olunub.

Bununla yanaşı, cari ilin ilk beş ayında 49 646,04 min dollar dəyərində 8 927,55 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 51,6% və 32,7% çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR