Azərbaycana yeyinti məhsullarının idxalı artıb

Bu ilin yanvar-may aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 875 067,1 min ABŞ dollarına bərabər olub.

Metbuat.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara əsasən xəbər verir ki, yeyinti məhsulları üzrə idxalın dəyəri bir il öncəki göstəriciyə nisbətən 16% artıb.

Ümumilikdə, cari ilin ilk beş ayında qida məhsullarının ümumi ölkə idxalında çəkisi 17,04% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,15 faiz bəndi azdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR