Balakəndə 4 ton narkotik bitkisi məhv edildi

Balakən Rayon Polis Şöbəsi əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri keçiriblər.

DİN-in mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, tədbirlər nəticəsində rayonun Kortala kəndi ərazisində yabanı halda bitmiş 4 ton 200 kiloqram çəkidə 6380 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR