Sabah Qırğızıstanda TÜRKPA-nın XI plenar iclası işə başlayır

İyunun 23-24 Qırğızıstanın Çolpon-Ata şəhərində “Parlament Diplomatiyası – Etimad və Tərəfdaşlığın Əsası” mövzusunda TÜRKPA-nın 11-ci plenar iclası keçiriləcək.

TÜRKPA-dan Metbuat.az-a bildirilib ki, tədbir üzv parlamentlər, eləcə də Özbəkistan, Türkmənistan, Macarıstan parlamentlərinin sədrləri, beynəlxalq təşkilatların, Türk əməkdaşlıq qurumlarının, elm və təhsil dairələrinin nümayəndələrini bir araya gətirəcək.

Plenar iclasda təşkilatın adının dəyişdirilməsinə dair qərarın qəbul edilməsi və daimi komissiyaların sənədlərinin, eləcə də model qanunun qəbul edilməsi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR