Türkiyə və Rusiya Ukrayna ilə bağlı razılığa gəldi -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qida böhranının qarşısını almaq üçün səyləri nəticə verib.

Metbuat.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, Moskvada Rusiya və Türkiyəli nümayəndələr arasında baş tutan toplantıda razılıq əldə edilib. Razılığa əsasən göyərtəsində taxıl olan “Azov Concord” adlı türk gəmisi Mariupol limanından ayrılıb. Məlumata görə, toplantıda generallar da iştirak edib. Müzakirə zamanı Ukrayna limanlarında qalan yük gəmilərinin və Borsipol hava limanında qalan Türkiyə ordusuna məxsus hərbi təyyarənin Ukraynadan ayrılması məsələsi gündəmə gəlib.

Yük gəmilərinin Ukrayna limanlarından ayrılması üçün Türkiyə, Rusiya, Ukrayna və BMT arasında dördlü toplantının keçirilməsi gündəmdədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR