Lavrov bu gün Azərbaycana gəlir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək.

Metbuat.az xəbər verir ki, nazirin Bakıya səfəri iki gün davam edəcək.

Lavrov səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və həmkarı Ceyhun Bayramovla görüşəcək.

Rusiya XİN-dən bildirilib ki, görüşlərdə 22 fevral 2022-ci il tarixində Moskvada imzalanmış müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə müzakirə olunacaq. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsi üçün səylər diqqətə çatdırılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR