Şirniyyatın içindən heroin çıxdı

Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən Metbuat.az-a verilən məlumata görə, məhkum Kənan İsmayılova tanışı, Bakı şəhər sakini Hədiyyə Əskərova tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı orada olan şirniyyatın içərisində gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 3,725 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR