Rus PUA-sı Türkiyədə ələ keçdi - Sərhədi necə keçib? /

Türkiyənin Gümüşhanə şəhərində Rusiya istehsalı kəşfiyyat dronu “Orlan-10” aşkar edilib.

Metbuat.az xəbər verir ki, PUA-nı yerli sakinlər tapıblar. PUA yerə çırpıldığı üçün zədəli halda olub. Dərhal hadisə barədə müvafiq dairələrə məlumat verilib. 1400 kilometr mənzili olan PUA-nın Ukrayna və ya Suriyadan uçduğu güman edilir.

Bildirilir ki, siqnal kəsildiyi üçün PUA idarəetmədən çıxaraq sərbəst uçmağa başlayıb. PUA araşdırılmaq üçün Ankaraya göndərilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR