Yaxın Şərqdə daşlar yerindən oynayır: "İsrail İranın mövqeyini dəyişəcək" - AÇIQLAMA

"İranın nüvə proqramı ilə əlaqədar Qərblə mümkün razılaşmaya qayıtmaq polimika olaraq qalır. Xüsusilə İsrailin İrana qarşı nüvə məsələsində ciddi tədbirlər görməsi istisna deyil. İranın ballistik raket bazalarına və nüvə alimlərinin hədfə alınması Təl-Əvivin ənənəvi metodudur".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı politoloq Məhəmməd Əsədullazadə edib. Onun fikrincə Türkiyə və İsrail arasında normallaşan siyasi əlaqələr nəticəsində İsrail Türkiyənin Suriyada anti-terror əməliyyatlarına müəyyən dərəcədə dəstək verəcək.

"Yaxın Şərqdə daşlar yenidən yerindən oynayır və bu prosesdə İsrail və Türkiyə kordinasiyali fəaliyyət göstərəcək. İsrail regionun əsas ölkəsi Türkiyə ilə münasibətləri normallaşdırdıqdan sonra İrana qarşı hərbi əməliyyatlara start verə bilər. Bundan sonra İrana qonşu ölkələrə qarşı aqressivlik siyasəti ortaya qoya bilər. Düşünürəm ki, İranın Azərbaycana mümkün təhdidləri ola bilər. Amma, Azərbaycanın Türkiyə ilə hərbi müttəfiqliyi Tehranın siyasətini neytrallaşdıracaq. Yaxın Şərqdə İsrail İranın mövqeyini zəiflədərək İranın 10 il ərzində Yaxın Şərq siyasəti iflasa uğradılacaq.

Politoloq onu da qeyd etdi ki, Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında əlaqələrin normallaşması da İrana qarşı yeni bir koalisiya formalaşacaq. Çünki, İranın nüvə silahı əldə etməsi regional təhdiddir.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR