Deputat tənha qadınlara görə Milli Məclisdə məsələ qaldıracaq -

Ailə qurmayan tənha qadınlarla bağlı Milli Məclisdə məsələ qaldırılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. Deputat bildirib ki, tənha qadınlarla bağlı parlamentdə bir dəfə məsələ qaldırıb:

"Tənha qadınlarımız var, hansı ki, ata-anası da yoxdur. Rayon yerində iş tapa bilmir, bu səbəbdən gəliri də yoxdur. Üstəlik, pensiya yaşına da çatmayıb. Onlar necə dolanmalıdır? Onun gəlir yeri yoxdur, onlarla bağlı bir layihə olmalıdır”.

Deputat belə qadınların taleyinə biganə qala bilmədiyini vurğulayıb:

"Bu məsələni parlamentdə qaldıracağam, doğrudan da mənim buna ürəyim ağrıyır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR