Rusiya neftini daşıyan tankerlər radarlardan itdi -

“Rusiya neftini daşıyan azı 3 tanker radarlardan itib”.

Metbuat.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Məlumata görə, Rusiya, gəmiləri izləyən xüsusi cihazları bilərəkdən sıradan çıxarır. Bu hal Azor adaları yaxınlığında qeydə alınır. Ehtimal edilir ki, ruslar burada nefti başqa tankerlərə yükləyərək, sifariş verilən ünvanlara çatdırır. Bu hal Ukrayna müharibəsi başlayandan müşahidə edilir.

Güman edilir ki, bəzi ölkələr Rusiyaya qarşı sanksiyalardan yayınmaq üçün rus neftini gizli formada alır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR