Xanlar Vəliyev: "Vətən müharibəsindəki şanlı qələbəmiz dövlət başçısının yürütdüyü siyasətin alternativsiz olduğunun təcəssümüdür"

"Dövlətimizin uğurları və Vətən müharibəsindəki şanlı qələbəmiz dövlət başçısının yürütdüyü siyasətin alternativsiz olduğunun təcəssümüdür".

Metbuat.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bu gün Hərbi Prokurorluqda Vətən müharibəsi iştirakçıları, o cümlədən qazilərlə keçirilmiş görüşdə deyib.

Xanlar Vəliyev həmçinin vurğulayıb ki, müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin prioritet istiqamətlərindən olub, bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılıb.

"Qürurverici və sevindiricidir ki, ölkəmizdə şəhid ailələrinə və müharibə əlillərinə hər zaman dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilib, onlar müxtəlif növ dövlət təminatı ilə təmin edilib".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR