[ 25 Dekabr 2014 12:57 ]
Bakı. Fuad Cəfərov -APA. Lənkəranda bir nəfərin ölümü, digərinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 25-də saat 02 radələrində Lənkəran rayonunun Girdəni kəndində rayon sakini Seymur Quliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə həmyerliləri Teymur Ağayevi və İmran Qənbərovu vurub. İ.Qənbərov hadisə yerində dünyasını dəyişib. T.Ağayev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.