20 Yanvar xalqımızın şanlı-şərəfli mübarizə tarixidir

20 Yanvar xalqımızın şanlı-şərəfli mübarizə tarixidir
11:23 19 Yanvar 2015
160 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, Z.Mansurova, AzərTAc
Bu il Azərbaycan xalqı 20 Yanvar faciəsinin 25-ci ildönümünü ümumxalq faciəsi kimi qeyd edəcək . Əsrin sonunda baş verən bu dəhşətli faciə, həm də xalqımızın şanlı-şərəfli mübarizə tarixidir.
Bu sözləri AzərTAc-a eksklüziv müsahibəsində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qəmbər Şəmşiroğlu söyləyib. O bildirib ki, Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını qurban verən 20 Yanvar şəhidləri ölümləri ilə ölməzliyə qovuşaraq, adlarını tariximizin şərəf salnaməsinə yazıblar.
O, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bu faciəyə hüquqi qiymət verildiyini, bu qırğının bütün dünya xalqlarına çatdırıldığını, Bakıda baş verənlərin günahkarlarının tapılaraq qanun qarşısında cavab vermələri üçün lazımi işlərin görüldüyünü bildirib.
Q.Şəmşiroğlu deyib ki, xalqımız heç zaman şəhidlərimizi unutmayacaq və yüz illər ötəcək müqəddəs Şəhidlər Xiyabanı hər zaman ziyarət ediləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_xalqimizin_sanli_serefli_mubarize_tarixidir-825688

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR