Rayonlarda şimşək çaxacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyunun 27-dək bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal qısamüddətli fasilələrlə yağış yağacağı gözlənilir.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimal olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR