PSJ türk ulduzu transfer edir: Gözlənilməz təklif

PSJ İtaliyanın “İnter” klubunun futbolçusu Hakan Çalhanoğlunu transfer etmək üçün təklif irəli sürüb.

Metbuat.az xəbər verir ki, PSJ rəhbərliyi türk ulduzu komandaya cəlb etmək üçün Corcinyo Veynaldumu da qarşı tərəfə verməyə hazırdır. Bildirilir ki, Corcinyo Veynaldumun PSJ-dəki oyunu klubu qane etmir. Fransızlar mərkəzdəki dinamikanı artırmaq üçün rəqabət yaratmaq istəyir. İddialara görə, Hakan Çalhanoğlu yaxşı təklif qarşılığında “İnter”dən ayrılmağın əleyhinə deyil. PSJ-də istənilən oyunu sərgiləyə bilməyən Corcinyo Veynaldum da başqa klubda oynamağa müsbət yanaşır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR